Belarusun Azərbaycan millisinə məğlubiyyətinin səbəbi

Belarusun Azərbaycan millisinə məğlubiyyətinin səbəbi
XƏBƏR 17 Yanvar 2011 / 02:18 1843
-  A +

"Azərbaycan millisinin son Avropa çempionatında dördüncü yeri tutması bu komandanın nə dərəcədə güclü olmasını göstərir". Qol.Az-ın məlumatına görə, bu sözləri Belarusun futzal üzrə yığma komandasının baş məşqçisi Valeri Dosko affa.az saytına açıqlamasında deyib.

Onun fikrincə, yoldaşlıq görüşündə Azərbaycan millisinə 1:5 hesablı məğlubiyyətin əsas səbəbi meydanın mərkəzində top itkilərinə yol vermələri olub: "Azərbaycan millisi kimi bizim üçün də bu oyun hazırlıq xarakteri daşıyırdı. İndi heyət baxımından seçim dövrünü keçirik. Bu oyunda məğlub olmağımızın əsas səbəbi meydanın mərkəzində top itkilərinə yol verməyimizdir".

Daha çox


Son xəbərlər