"Bakı"nın Antalyadakı ilk məşqinə 5 futbolçu qatılmadı

"Bakı"nın Antalyadakı ilk məşqinə 5 futbolçu qatılmadı
XƏBƏR 17 Yanvar 2011 / 01:43 1739
-  A +

Yanvarın 15-də axşam saatlarında Türkiyənin Antalya şəhərinə çatan "Bakı" "Susesi" otelində məskunlaşıb. Qol.Az-ın məlumatına görə, komandanın ilk məşqinə Jaba, Cefferson, İbrahim Karqbo, Roşa və Xalidu Sissokodan başqa bütün futolçular qatılıblar.

Yeni baş məşqçi Aleksandr Starkov kollektivin yüngül məşqlə kifayətlənməsini məqsədəuyğun sayıb. Komandanın heyətində zədəli və xəstə futbolçular yoxdur. Jaba, Roşa və Ceffersonun Antalyaya yanvarın 17-də gələcəkləri gözlənilir. İcazəli olan İbrahim Karqbo və Xalidu Sissoko düşərgəyə yanvarın 18-də qatılacaqlar.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner