"İnter" Azərbaycan diasporu ilə görüşəcək

XƏBƏR 16 Yanvar 2011 / 16:46 1921
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində "Birlik Kuboku"nda iştirak edən Bakının "İnter" komandası yanvarın 17-də Azərbaycan diasporunun nümayəndələri ilə görüşəcək. Qol.Az-ın məlumatına görə, bu haqda "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Tacikistanın "İstiklol" komandası ilə oyun sonrası mətbuat konfransında bildirib. Gürcüstanlı mütəxəssis azərbaycanlı soydaşlarımızın komandamıza və ümumiyyətlə, futbola böyük azarkeşlik etdiyini söyləyib: "Sabah istirahət günüdür. Amma arxayınlaşmayacağıq. İrəli getmək üçün maksimum konsentrasiya lazımdır. Ona görə də səhərdən börpa məşqi keçirəcək, sonra da imkan olsa, Azərbaycan diasporu ilə görüşəcəyik. Çünki onlar komandamıza və ümumiyyətlə, futbola yaxından dəstək olurlar". "İnter" 2-ci turda "İstiklol"u da 3:0 hesabı ilə yenərək, vaxtından əvvəl 1/4 finala çıxıb. Oyun haqda danışan Tsxadadze 90 dəqiqə boyunca meydançaya nəzarət etdiklərini vurğulayıb. Lakin o, həlledici mərhələdə çoxlu çatışmazlıqların olduğunu söyləyib: "Biz rəqibin əks-hücumda təhlükəli olacağını güman edirdik. Belə də oldu. "İstiklol"un mərkəz hücumçuları futbolçularımızı narahatlıqda saxladılar".

Daha çox


Son xəbərlər