"İnter" 1/4 finalda! (YENİLƏNİB)

"İnter" 1/4 finalda! (YENİLƏNİB)
XƏBƏR 16 Yanvar 2011 / 13:45 2767
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik Kuboku"nda bu gün 2-ci turun qarşılaşmaları oynanılır. Azərbaycanı təmsil edən "İnter" klubu ilə Tacikistanın "İstiklol" komandası arasında keçirilən görüş isə artıq yekunlaşıb. Bu görüşü də 3:0 hesablı qələbə ilə başa vuran "İnter" vaxtından əvvəl 1/4 finala vəsiqə qazanıb. Komandamız ilk turda Qırğızıstanın "Neftçi" komandasını da eyni hesabla darmadağın edib. Bu səbəbdən, xallarını 6-ya çatdıran "İnter" "İskra-Stal" (Moldova) ilə keçirəcəyi qrupun son tur matçının nəticəsindən asılı olmayaraq, adını növbəti mərhələyə yazdırıb. Turun digər oyununda "İskra-Stal" "Neftçi"ni 1:0 hesabı ilə yenərək, xallarını 4-ə çatdırıb. Beləliklə, "İnter" son turda "İskra-Stal"la keçirəcəyi matçda qrup liderliyini qorumağa çalışacaq. Bunun üçün isə məğlub olmamaq kifayət edir.

12.00. "İstiklol" (Tacikistan) - "İnter" (Azərbaycan) - 0:3 (Oyun başa çatdı)
Qol:
Bronislav Çervenka, 44 (0:1), Girts Karlson, 63 (0:2). Şəhriyar Rəhimov, 80 (0:3)
Sankt-Peterburq şəhəri. "Peterburqskiy" İdman-Konsert Kompleksi.

Baş hakim: Sergey Lapoçkin
"İstiklol": Tuçiya, Rəcəbov, Erkişiya, Savonkulov, Həbibullayev, Fətxulayev, Davranov, Sadikov, Vosiyev, Qohirov, Rəbiyev
"İnter": Lomaya, Daşdəmirov, Levin, Assioli, Kandelaki, Çervenka, Çertoqanov, Kruqlov, Zlatinov, Odikadze, Karlsons.
Sarı vərəqələr: Petar Zlatinov, 26. Girts Karlson, 63
Əvəzetmələr: 46. Kandelakinin əvəzinə Mjavanadze oyuna daxil olur ("İnter"). 53. Çervenkanın əvəzinə Despotovski oyuna daxil olur ("İnter"). 58. Həbibullayevin əvəzinə Abramov oyuna daxil olur ("İstiklol"). 69. Vosiyevin əvəzinə Soburov, Sadikovun əvəzinə Rabimov oyuna daxil olub ("İstiklol"). Karlsonun əvəzinə Tsxadadze, Zlatinovun əvəzinə Rəhimov oyuna daxil olur ("İnter"). 72. Rəbiyevin əvəzinə Səidov oyuna daxil olur ("İstiklol"). 78. Rəcəbovun əvəzinə İrqaşev oyuna daxil olur ("İstiklol"). 83. Lomayanın əvəzinə Ağayev oyuna daxil olur ("İnter").

Daha çox


Son xəbərlər