Moskvanın "Spartak" klubu Rusiya Premyer Liqasında ötən mövsümün tapıntılarından biri sayılan əslən azərbaycanlı futbolçu Emin Mahmudovla müqavilə bağlayıb. Qol.Az-ın "Spartak"ın rəsmi saytına istinadən məlumatına görə, 1,75 sm boya və 67 kq çəkiyə malik 18 yaşlı yarımmüdafiəçi ilə yanvarın 15-də uzunmüddətli müqavilə bağlanılıb.
"Saturn"un keçmiş mərkəz yarımmüdafiəçisi artıq "qırmızı-ağlar"ın Türkiyədə keçirdiyi təlim-məşq toplantısında iştirak edir və yeni mövsümə hazırlaşır. O, uşaqlıq arzusuna çatdığını açıqlayıb: "Uşaqlıqdan "Spartak"a azarkeşlik edirdim. "Qırmızı-ağlar"ın heyətində mənim sevimli futbolçum İlya Tsımbalar çıxış edirdi. Hələ həmin vaxt özümü yuxuda "Spartak" formasında görmüşdüm. Budur, arzum həyata keçdi. Bu gün həqiqətən də xoşbəxtəm".
Qeyd edək ki, Emin Mahmudov 27 aprel 1992-ci ildə Azərbaycanda doğulub. Rusiya vətəndaşlığına malik futbolçu 2007-ci ildən "Saturn"un gənclərdən ibarət komandasında çıxış edib. Ötən il aprelin 24-də Mahmudov Ramensk komandasının əsas heyətində Moskva "Dinamo"su ilə matçda debüt edib. Premyer Liqanın 29-cu turunda isə o, ilk qolunu "Anji"nin qapısından keçirib. Rusiyanın yeniyetmələrdən ibarət yığmasına dəfələrlə çağırılıb, ötən il Valentin Qranatkinin xatirə turnirində ən yaxşı bombardir olub. Mövsümün sonunda ən yaxşı oyunçular üçün müəyyənləşdirilən "İlk 5-lik" mükafatının səsverməsində 3-cü yeri tutub.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar