"Real" keçmiş futbolçusunu geri qaytarır

"Real" keçmiş futbolçusunu geri qaytarır
XƏBƏR 15 Yanvar 2011 / 19:06 2733
-  A +

Qış transfer pəncərəsi dönəmində bir hücumçu alacağını açıqlayan İspaniyanın "Real" (Madrid) klubu keçmiş hücumçusu Rud Van Nistelroyu geri qaytarmağı planlaşdırır. Qol.Az-ın məlumatına görə, Qonzalo İquainin zədələnməsi Madrid klubunu yeni bir hücumçu almağa sövq edib. Belə olan təqdirdə isə, "Real" rəhbərliyi klubun keçmiş hücumçusu Nistelroyu icarə əsasında komandaya qaytarmağı lazım bilib.

Kral klubu bunun üçün artıq futbolçunun çıxış etdiyi Almaniyanın "Hamburq" komandasına təklif də göndərib. Lakin Almaniya təmsilçisinin onu heç yerə buraxmaq istəmədiyini görən Nistelroy isə çıxış etdiyi klubun rəhbərlyinə "əgər məni Madridə dönməyə icazə verməsəz, bir daha "Hamburq" üçün meydana çıxmaram" - deyə sərt şəkildə iradını bildirib. Qeyd edək ki, 34 yaşlı hollandiyalı hücumçu məhz 2006-2010-cu illərdə "Real"ın şərəfini qoruyub.

Daha çox


Son xəbərlər