Misli Premyer Liqasında 20-ci turun oyunları davam edir.
Qol.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib. Lider "Qarabağ" öz meydanında "Şamaxı" ilə qarşılaşıb. Oyun Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda isə "Kəpəz" "Səbail"in qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da 10 turdan sonra "Səbail"in qələbə həsrətinə son qoyulub. Şahin Diniyevin komandası sonuncu yerdən qurtularaq 9-cu pilləyə yüksəlib. "Kəpəz" isə 10-cu - sonuncu pilləyə düşüb.
Tura fevralın 1-də keçiriləcək iki oyunla yekun vurulacaq.
31 yanvar (çərşənbə axşamı)
18:30. “Səbail” – “Kəpəz” - 1:0
Qol: Franko Mazurek, 77
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
“ASCO Arena”
16:00. “Qarabağ” – “Şamaxı” - 3:1
Qollar: Musa Qurbanlı, 22 (1:0), Qara Qarayev, 47 (2:0), Leandro Andrade, 63 (3:0), Bahadur Həziyev, 80 (3:1)
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
“Azersun Arena”
1 fevral (çərşənbə)
15:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
17:30. “Neftçi” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu
“Bakcell Arena”
30 yanvar (bazar ertəsi)
"Sumqayıt” – “Turan Tovuz” - 2:1
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 20 | 18 | 2 | 0 | 54-11 | 56 |
2 | Sabah | 19 | 14 | 4 | 1 | 42-13 | 46 |
3 | Neftçi | 19 | 12 | 2 | 5 | 35-21 | 38 |
4 | Zirə | 19 | 9 | 4 | 6 | 23-25 | 31 |
5 | Qəbələ | 19 | 7 | 5 | 7 | 22-20 | 26 |
6 | Turan Tovuz | 20 | 4 | 5 | 11 | 14-27 | 17 |
7 | Şamaxı | 20 | 3 | 7 | 10 | 17-32 | 16 |
8 | Sumqayıt | 20 | 3 | 6 | 11 | 13-34 | 15 |
9 | Səbail | 20 | 3 | 4 | 13 | 15-32 | 13 |
10 | Kəpəz | 20 | 2 | 7 | 11 | 18-38 | 13 |
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 15 qol
Musa Qurbanlı ("Qarabağ") - 14 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Coy Lens Mikels ("Sabah") - 10 qol
Aleksey Kaşuk ("Sabah") - 9 qol
Xorvatiya - Uels - Video
Kerem Aktürkoğlu: "İlk dəqiqələrdə qol vursaydıq..."
Türkiyə Ermənistanı belə məğlub etdi - Video
"Azarkeşlərdən üzr istəyirik"
Futzal millimiz Yunanıstana böyük hesabla uduzdu
“Qalatasaray” Bakıya bu heyətlə gəlir
Yığmanın yeni bazasına Messinin adı verildi
Millimiz Bosniya və Herseqovinaya uduzdu
Ermənistan - Türkiyə: Heyətlər