"Yanvarın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürən "Birlik Kuboku" əhəmiyyətsiz bir yarışdır. Bakıdan veteran həmkarlarım da yarışa yollanıblar. Amma mən belə turnirə getmirəm". Qol.Az-ın məlumatına görə, bunu Lent.az-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Kazbek Tuayev deyib.
Onun sözlərinə görə, "Birlik Kuboku"nun heç bir idman marağı qalmayıb. Bəzi ölkələrin çempionları əvəzedici heyətlə, bir sıra ölkələr isə ümumiyyətlə, vitse-çempion və ya 3-4-cü yerləri tutan komandalarla təmsil olunur. Tuayevin fikrincə, bu turnir pis siyasi fars, məzhəkədir: "Rusiya tərəfi keçmiş müttəfiq respublikaların komandalarını bir araya gətirməklə siyasi məqsəd güdür. Həm də FİFA və UEFA-nın təqvimində yer aldığı üçün Rusiya Futbol İttifaqının turniri hər il candərdi təşkil etməkdən başqa çarəsi yoxdur. Oyunların keçirildiyi süni örtüklü meydançalarda futbolçular zədələnə bilərlər. Turnirə komandalar ya ikinci heyətlə qatılır, ya da ölkə çempionları yox, 2-3-cü, hətta 4-cü yeri tutan komandalar gəlir. Ən üfunətli futbol Ermənistandadır, onlar da öz çempionatlarında 4-cü yeri tutan komandanı turnirə göndəriblər”.
Azərbaycanı "Birlik Kuboku"nda Unibank Premyer Liqasının son qalibi "İnter" təmsil edir. Paytaxt klubu yarışa Türkiyənin Antalya şəhərində hazırlaşıb və Sankt-Peterburqa əsas heyət oyunçuları ilə yollanıb. Ona görə də komandamızın adı turnirin favoritləri sırasında göstərilir. Lakin Tuayevin sözlərinə görə, "İnter" "Birlik Kuboku"nu alsa belə, bu, heç kimə lazım olmayan uğur sayılmalıdır: "Lap tutaq ki, "İnter" kuboku aldı. Nə olsun? Kimə lazımdır o kubok? İlk 3-4 ilində "Birlik Kuboku"nun bir nüfuzu vardı. İndi isə turnirdə ən zəif komandalar çıxış edir".
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar