Rəşad Abdullayev: "Bütün komandalara ciddi yanaşırıq"

XƏBƏR 15 Yanvar 2011 / 17:13 1607
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi"nin futbolçusu Rəşad  Abdullayev klubun rəsmi saytına fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, flaqmanın yarımmüdafiəçisi komandası haqda bunları deyib: "Yanvarın 10-dan hazırlığa başlamışıq. Məşqlərimiz intensiv şəkildə davam edir. Komandamızın hər bir üzvü dərk edir ki, təlim-məşq toplanışında nə qədər çox çalışarsa, çempionat oyunlarında bir o qədər rahat olar. Fiziki hazırlıq üzrə türkiyəli mütəxəssis Mehmet Ak da komandaya qoşulub. Bu, bir növ kollektivə yeni nəfəs gətirib. Qalan 3 görüşdə qalib gələrək, "altılığa" 50 xalla daxil olmaq istəyirik. Biz bütün komandalarla oyuna ciddi önəm veririk. Rəhbərliyin qarşımıza qoyduğu hədəf hamıya bəllidir. Ölkə çempionatının və kubokunun qalibi olmaq üçün hər bir görüşə yalnız qələbə qazanmaq üçün çıxırıq".

Daha çox


Son xəbərlər