Bosniyalı hücumçu "Qarabağ"da

Bosniyalı hücumçu "Qarabağ"da
XƏBƏR 15 Yanvar 2011 / 16:26 2275
-  A +

"Qarabağ" Antalyada keçirdiyi təlm-məşq toplanışının 7-cü gününə qədəm qoyub. Qol.Az-ın məlumatına görə, bu gün komandanın sadəcə 1 məşqi baş tutub. Ənənəvi olaraq 10:30-da başlayan çalışma 2 saat davam edib.  Yüksək tempdə keçən məşqdə isinmə hərəkətlərinin ardından meydanboyu düzülmüş maneələri dəf edərək qapıya zərbələr endirilib. Sonra isə şərti olaraq 2 yerə bölünən futbolçular təxminən yarım saat futbol oynayıblar. 
 
Bugünkü məşqdə xəstələnməsi səbəbindən Namiq Yusifov iştirak etməyib. Əfran İsmayılov, Rəşad Kərimov ayrılıqda çalışıb. Əfran sabahdan etibarən komadayla tam olaraq hazırlıqlarda iştirak edəcək. İlqar Qurbanov da futbolun 2-ci hissəsində meydanda olub. Sol ayaq əzələsində bir qədər ağrı hiss edən Rauf Əliyev isə bugünkü məşqdə qaçmaqla kifayətlənib.

Bu arada komandanın düşərgəsinə daha bir legioner qoşulub. 25 yaşlı Zoran Kokot hücumçudur. Solaxay forvard əslən bosniyalıdır. Millisinin dekabrın 10-da baş tutmuş Polşayla oyununda meydanda olub. Forvardın sonuncu klubu vətənində "Slaviya" olub. Kokot haqqında yaxın günlərdə qərar veriləcək.

Daha çox


Son xəbərlər