Daha beş futbolçu "Xəzər Lənkəran"ın düşərgəsində

Daha beş futbolçu "Xəzər Lənkəran"ın düşərgəsində
XƏBƏR 15 Yanvar 2011 / 15:54 2244
-  A +

Antalyada təlim məşq toplanışında olan "Xəzər Lənkəran" komandasının düşərgəsinə daha üç futbolçu gəlib. Qol.Az-ın məlumatına görə, bunlar Rumıniyanın "Qaz Metan" klubundan azad agent kimi gələn qapıçı Kosmin Vatça, Klujun "Universtatya" klubunda son mövsüm çıxış edən 28 yaşlı arxa xətt oyunçusu Pit Adrian və 25 yaşlı hücuma meyilli yarımmüdafiəçi Çiacu Hristudur.

Xatırladaq ki, Hristu Rumıniyanın U-21 və U-23 də 20 oyun keçirib və üç qol vurub. Son klubu isə "Politexnika" (Timişiora) olub. Hər üç rumıniyalı futbolçu dünən axşam saatlarından "Xəzər Lənkəran"a baxışdan keçmək üçün gəliblər. Bu gün komanda yalnız bir dəfə axşam məşqinə çıxacaq, gündüz isə futbolçulara istirahət veriləcək. Bununla belə, komandaya yeni qoşulan baxışa gəlmiş futbolçular səhər saatlarında məşqçilər korpusunun nəzarətində yüngül idmanla məşğul oldular.

Qeyd edək ki, düşərgəyə daha iki futbolçu təşrif buyurub. Makedoniyalı olan hər iki futbolçunun adları Dusan Saviç və Giorqyi Mojsovdur. Qeyd edək ki, Savic Makedoniya millisində 6 dəfə meydana cıxıb.

Daha çox


Son xəbərlər