Rayn Giqqs 600-ə doğru

Rayn Giqqs 600-ə doğru
XƏBƏR 15 Yanvar 2011 / 14:19 1931
-  A +

İngiltərənin "Mançester Yunayted" klubunun aparıcı futbolçusu Rayn Giqqs Premyer Liqada 600-cü matçına çıxacaq. Qol.Az-ın məlumatına görə, Giqqs sabah Premyer Liqanın növbəti turunda səfərdə "Tottenhem"lə qarşılaşmada 600-cü oyununa çıxmaqla hələ də futbol oynamağı bacardığını sübut edəcək.

Karyerası ərzində "Mançester Yunayted"dən başqa klubda çıxış etməyən Giqqs bu haqda belə deyib: "Yaşım çox olsa da, hələ də özümü yaxşı hiss edirəm. Mən həmişə futbolla nəfəs alıram. Belə olan təqdirdə isə futbol oynamağa davam edəcəm".
 
Qeyd edək ki, ümumilikdə 855 dəfə "qırmızı şeytanlar"ın formasını geyən uelsli futbolçu bu oyunlarda 158 qol vurmağa nail olub.

Daha çox


Son xəbərlər