Rəşad Sadıqov 90 dəqiqə oynadı

XƏBƏR 15 Yanvar 2011 / 13:02 1983
-  A +

Həmyerlimiz Rəşad Sadıqovun da forma geydiyi Türkiyənin "Eskişehirspor" klubu növbəti yoxlama görüşünə çıxıb. Qol.Az-ın məlumatına görə, millimizin kapitanı bu oyunu da əvəzolunmadan keçirərək 90 dəqiqə meydanda olub. Hollandiyanın “Villem II” klubu ilə qarşılaşan Sadıqovun komandası bu oyundan 0:0 hesablı bərabərliklə ayrılıb. Qeyd edək ki, Superliqa təmsilçisi artıq bu oyundan sonra Antalyadakı təlim-məşq toplanışını başa vuraraq Eskişehirə qayıdıb.

Daha çox


Son xəbərlər