"Qalatasaray" yeni stadionuna bu gün qovuşacaq

"Qalatasaray" yeni stadionuna bu gün qovuşacaq
XƏBƏR 15 Yanvar 2011 / 12:18 1822
-  A +

Türkiyənin "Qalatasaray" klubu bu gün yeni stadionu "Türk Telekom Arena"sına qovuşacaq. Qol.Az-ın məlumatına görə, bir neçə gün öncə "Ali Sami Yen" stadionu ilə vidalaşan İstanbul təmsilçisi bu gün yerli vaxtla saat 22:45-də Hollandiyanın "Ayaks" klubu ilə oynayacağı matçla yeni arenasının açılışına start verəcək. Lakin "Qalatasaray" klubu yeni arenasının açılışından öncə böyük bir şou proqram verməyi planlaşdırır. Qapıları Saat 16:00-da açılacaq olan "Türk Telekom Arenası"nda məşhur türk müğənnisi Kənan Doğulunun da konsert verəcəyi gözlənilir. Bununla belə, açılış mərasiminə Türkiyənin prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan da təşrif buyuracaq. Qeyd edək ki, "Türk Telekom Arenası" 52647 nəfər tamaşaçı tutumuna malikdir.

Daha çox


Son xəbərlər