"Bunyodkor"la "Ekranas" uduzdu(NƏTİCƏLƏR)

"Bunyodkor"la "Ekranas" uduzdu(NƏTİCƏLƏR)
XƏBƏR 16 Yanvar 2011 / 02:23 4138
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik Kuboku"nda ilk tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, A qrupunda yer alan "İnter" turu birinci pillədə tamamlayıb. Komandamız Qırğızıstanın "Neftçi" klubunu 3:0 hesabı ilə darmadağın etdiyi halda, Moldova "İskra-Stal"ı ilə Tacikistan "İstiqlal"ı heç-heçə ediblər - 1:1. Bu isə o deməkdir ki, yanvarın 16-da keçiriləcək 2-ci turda "İnter" "İstiqlal"ı da məğlub edə bilsə, "İskra-Stal"la son turun oyununun nəticəsindən asılı olmayaraq 1/4 finala vəsiqə qazanacaq. Digər qruplarda ən gözlənilməz nəticə kimi Özbəkistan "Bunyodkor"unun Qazaxıstan "Tobol"una, eləcə də Litva "Ekranas"ının Rusiyanın gənclərdən ibarət yığmasına məğlubiyyətini qeyd etmək olar.
"Birlik Kuboku"nda ilk turun nəticələri:



A qrupu
"İNTER" (Azərbaycan) – "NEFTÇİ" (Qırğızıstan) - 3:0
"İSKRA-STAL" (Moldova) – "İSTİQLAL" (Takicistan) - 1:1
 
B qrupu
"TOBOL" (Qazaxıstan) – "BUNEDKOR" (Özbəkistan) - 2:1
"SKONTO" (Latviya) – "MİKA" (Ermənistan) - 2:0

C qrupu
"NEFTÇİ" (Türkmənistan) – "ŞAXTYOR" (Belarus) - 1:2
"ZENİT" (Rusiya) – "FLORA" (Estoniya) - 1:0
 
D qrupu
"DİNAMO" (Ukrayna) – "HİK" (Finlandiya) - 0:1
RUSİYA U-21 – "EKRANAS" (Litva) - 4:2

Daha çox


Son xəbərlər