Mehmet Ak: "Neftçi" qarşısıalınmaz olacaq"

Mehmet Ak: "Neftçi" qarşısıalınmaz olacaq"
XƏBƏR 14 Yanvar 2011 / 19:04 2660
-  A +

"Neftçi"yə yeni qoşulan fiziki hazırlıq üzrə məşqçi, türkiyəli mütəxəssis Mehmet Ak klubun rəsmi saytına fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Mehmet yeni komandası haqda xoş sözlər deyib: "Bildiyiniz kimi, komandaya yeni qoşulmuşam. Hazırlığın ikinci günü futbolçulardan test götürdük. Nəticələrin bizi qane etdiyini deməliyəm. Məhz bu testin sayəsində baş məşqçi Arif Əsədovun planına uyğun, hansı futbolçuya nə qədər tapşırıq verməli olduğumuzu öyrəndik. Artıq bu gün komanda üzvləri fitnes testinə cəlb ediləcək. Flaqmanın futbolçularının çalışmaq əzminə isə yalnız həsəd aparmaq lazımdır. Komandanın kapitanı Rail Məlikov məşqlərdə futbolçuları sanki vacib oyuna kökləyir. Bu isə məşqçilər korpusunun işini asanlaşdırır. Bütün heyət üzvləri çox istəklə çalışır. Texniki-taktiki cəhətdən komanda yüksək səviyyədədir, fiziki hazırlğı da eyni səviyyəyə çatdıra bilsək, "Neftçi" qarşısıalınmaz olacaq. Təlim-məşqə yeni başlamışıq, bir müddət sonra fiziki hazırlıq da ən üst səviyyədə olacaq. Klubda olan ab-hava isə mükəmməldir. Klub rəhbərliyi və baş məqşçimiz kollektivdə gözəl atmosfer yaradıb. Vitse-prezident Tahir Süleymanov da Antalyada düşərgədə komandanın məşqini yaxından izləyir və isti münasibətə görə ona da minnətdarlığımı bildirirəm. Daxildə olduqda bunu görmək mümkündür. Heyətdə istedadlı gənc futbolçulara daim diqqət yetirilir. Bu, çox yaxşı haldır".

Daha çox


Son xəbərlər