"Qarabağ" makedoniyalı futbolçu ilə müqavilə imzalayır

XƏBƏR 14 Yanvar 2011 / 18:51 2208
-  A +

Ağdamın "Qarabağ" klubunun daha bir futbolçu ilə müqavilə imzalayacağı gözlənilir. Bu haqda Qol.Az-a "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. Hazırda "Qarabağ"ın düşərgəsində baxışda olan 26 yaşlı makedoniyalı futbolçu Nderim Nedzipinin oyununu bəyəndiyini deyən Qurbanov onu komandasında saxlamağı lazım bilib. "Böyük ehtimalla bu futbulçu ilə rəsmi müqavilə bağlayacağır" - deyə o bildirib.

Qurbanov Antalyadakı təlim-məşq toplanışı müddətində Nedzipinin "Qarabağ"a keçidi məsələsinin tam həllini tapacağını vurğulayıb.

Qeyd edək ki, Belçikanın "Lyers" klubundan gəlmiş futbolçu əsasən hücumameyilli yarımmüdafiə mövqeyində çıxış edir. 1984-cü il təvəllüdlü  makedoniyalı futbolçu Almaniyada "Volfsburq" və "Herta" (Berlin) forması geyinib. Nderim hər iki ayağı ilə yaxşı oynamağı bacarır.

Daha çox


Son xəbərlər