İqor Mitreski: "Tarixdə yalnız uğurlar qalır"

İqor Mitreski: "Tarixdə yalnız uğurlar qalır"
XƏBƏR 14 Yanvar 2011 / 17:43 1790
-  A +

Türkiyədə hazırlıq keçən "Neftçi"nin makedoniyalı futbolçusu İqor Mitreski ürək sözlərini klubun rəsmi saytına danışıb. Qol.Az-ın məlumatına görə, futbolçu komandası haqda bunları deyib: "Bizim hər məşqimiz final oyununa bənzəyir. Hətta məşqimiz sona çatandan sonra bizdən kiminlə oynadığımızı soruşurlar. Mən bir çox ölkələrdə legioner həyatı yaşamışam. Ancaq burada olan istəyi, heç yerdə görməmişəm. Təbii ki, mən də təcrübəli futbolçu kimi komandanın gənc üzvlərinə lazım olanda bəzi məqamları deyirəm. Onlar da bunu çox gözəl qəbul edirlər. İstəyirik ki, baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məhz hazırki futbolçularla çempion olaraq, böyük uğura imza ataq. Axı tarixdə yalnız uğurlar qalır. Futbolda belə hallar çox olur, əvvələr klubun şərəfini qoruyan futbolçu, sonradan həmin komandanın baş məşqçisi olur. Belə olan təqdirdə, təbii ki, həmin məşqçi öz doğma klubunun uğur qazanması üçün daha çox ürəklə çalışır".

Daha çox


Son xəbərlər