"Beşiktaş" cəzaya məruz qaldı

"Beşiktaş" cəzaya məruz qaldı
XƏBƏR 14 Yanvar 2011 / 14:20 1803
-  A +

Türkiyənin "Beşiktaş" klubu "Sivaspor" ilə oynadığı yoldaşlıq matçından sonra cəzaya məruz qalıb. Qol.Az-ın məlumatına görə, İstanbul təmsilçisi yanvarın 7-də "Sivarspor" ilə oyunda 3 lisenziyasız futbolçunu oynatdığı üçün komandaya 5 min türk lirəsi məbləğində pul cəzası kəsilib. "Beşiktaş" klubunun yeni transfer etdiyi, lakin lisenziyaları hələ hazır olmayan 3 portuqaliyalı futbolçu Manuel Fernandes, Hüqo Almeyda və Simao Sabrozanın da həmin oyunda çıxış etmələri "qara qartal"a baha başa gəlib. "Beşiktaş" ın baş məşqçisi Bernd Şuster isə yeni futbolçularını məhz yoxlamaq məqsədilə meydana buraxdığını bildirib.    

Daha çox


Son xəbərlər