"Fənərbaxça"nın prezidenti komandasının oyununa baxmadı

"Fənərbaxça"nın prezidenti komandasının oyununa baxmadı
XƏBƏR 14 Yanvar 2011 / 11:25 1947
-  A +

Türkiyə kubokunun qrup mərhələsi çərçivəsində səfərdə "Malatyaspor"la qarşılaşan "Fənərbaxça" klubu bu dəfə də meydanı məğlub tərk edib. Qol.Az-ın məlumatına görə, Malatya səfərinə getməyərək oyunu televiziyadan izləyən "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım ikinci qoldan sonra matça baxa bilməyib. O, bərbad oyun nümayiş etdirən futbolçularına bərk əsəbləşərək televizoru söndürüb. Komandasının əsaəsn müdafiədə yol verdiyi səhvlərə əsəbləşən Yıldırımın radikal qərarlar verəcəyi gözlənilir. Qeyd edək ki, "Fənərbaxça" klubu rəqibinə 1:2 hesabı ilə məğlub olaraq qrupdan çıxmaq şanslarını tamamilə itirib.

Daha çox


Son xəbərlər