Emin Mahmudov Moskva "Spartak"ı ilə müqavilə bağlayır

Emin Mahmudov Moskva "Spartak"ı ilə müqavilə bağlayır
XƏBƏR 13 Yanvar 2011 / 23:39 2324
-  A +

Fəaliyyətini dayandıran Rusiyanın "Saturn" klubunun əslən azərbaycanlı futbolçusu Emin Mahmudov tezliklə Moskvanın "Spartak" komandası ilə müqavilə bağlayacaq. Qol.Az-ın məlumatına görə, bu haqda xəbəri "Sovetskiy Sport" yayıb.

Mahmudov son bir neçə ayda əmək haqqını ala bilmədiyi üçün "Saturn"dan mübahisələrin həllinə dair palataya şikayət edib. Palata onun şikayətini təmin edərək, özünə yeni komanda axtarmaq hüququ verib. Bu səbəbdən, həmyerlimiz "Spartak"a azad agent statusu ilə keçəcək.

Daha çox


Son xəbərlər