Anatoli Ponomaryov karyerasını başa vurdu

Anatoli Ponomaryov karyerasını başa vurdu
XƏBƏR 13 Yanvar 2011 / 22:33 2674
-  A +

Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov 29 yaşında karyerasını başa vurub. Qol.Az-ın məlumatına görə, Ponomaryov FİFA agenti statusu alıb.

O, hazırda Türkiyənin Antalya şəhərində bir sıra futbolçuları izləməklə məşğuldur.

Qeyd edək ki, Anatoli Ponomaryov olimpiya çempionu İqor Ponomaryovun oğludur. Hazırda İsveçdə yaşayan Tolik futbolçu karyerası ərzində Avropanın və ölkəmizin müxtəlif klublarının formasını geyinib. O, 2004 - 2009-cu illərdə Azərbaycan yığmasında çıxış edib.  

Xatırladaq ki, Ponomaryov ötən il də karyerasını başa vurduğunu elan etmişdi. Lakin sonradan o, Türkiyənin "Orduspor" klubunda çıxış etməyi başlamış, 2010-cu ilin sonlarında isə bu komandadan ayrılmışdı. 

Daha çox


Son xəbərlər
15.06.25  15:10

"Milan"dan ayrılır