"Neftçi" Bosniya və Hersoqovina klubu ilə qarşılaşacaq

"Neftçi" Bosniya və Hersoqovina klubu ilə qarşılaşacaq
XƏBƏR 13 Yanvar 2011 / 18:23 1761
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi"nin orada oynayacağı daha bir rəqib məlum olub. Qol.Az-ın məlumatına görə, bu Bosniya və Hersoqovinanın NK "Selik Zenitsa" klubudur. Flaqman bosniyalılarla fevralın 1-də qarşılaşacaq.

Xatırladaq ki, yanvarın 19-da "Rubin"lə (Rusiya) yoldaşlıq görüşü keçirəcək "Neftçi" Antalyadakı təlim-məşq toplanışının ikinci mərhələsində "Rudar" (Çernoqoriya), "Arsenal" (Ukrayna) və "Şturm" (Avstriya) klubları ilə də qarşılaşacaq.

Daha çox


Son xəbərlər