Tyeri Anri: "Hər kəsi müsəlman olmağa çağırıram"

Tyeri Anri: "Hər kəsi müsəlman olmağa çağırıram"
XƏBƏR 13 Yanvar 2011 / 17:20 2934
-  A +

Fransa millisinin aparıcı futbolçusu Tyeri Anri hər kəsi islam dininə dəvət edib. Qol.Az-ın məlumatına görə, yığmadakı komanda yoldaşları Nikolya Anelka və Frənk Riberinin islamı qəbul etmələrindən təsirklənərək müsəlman olduğunu deyən Anri digər dindaşlarının hüquqlarını müdafiə edib: "İslam dininə marağımın oyanmasında komanda yoldaşlarım Anelka, Riberi və Abidalın böyük rolu oldu. Onlarla danışdıqca özümü bu dinə yaxın hiss etdim və anladım ki, qəlbim islamladır. İndi İslam və islamiyyət mənim üçün hər şeydən önəmlidir. Mən müsəlmanların haqlarının pozulması faktları ilə heç cür razılaşa bilmirəm. Digər səmavi dinlərin mənsublarına üz tutub deyirəm ki, əgər islamı anlamaq istəyirlərsə, ətraflarına baxaraq dünyanı dərk etsinlər. Məhz bu yolla onlar islamı dərk edə bilərlər". Qeyd edək ki, 33 yaşlı futbolçunun mütəmadi olaraq "Qurani-Kərim"i oxuduğu və oxuduqca da islam dininə daha çox bağlandığı söylənilir.  

Daha çox


Son xəbərlər