La Liqa təmsilçisi Semihə rəsmi təklif göndərdi

La Liqa təmsilçisi Semihə rəsmi təklif göndərdi
XƏBƏR 13 Yanvar 2011 / 16:19 2208
-  A +

Türkiyə millisinin və "Fənərbaxça" klubunun aparıcı futbolçusu Semih Şəntürk karyerasını İspaniyada davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, La Liqa təmsilçisi olan "Deportiva" Semihə rəsmi təklif göndərib. Lakin futbolçunun nə özü, nə də çıxış etdiyi "Fənərbaxça" klubu bu təklifə bir münasibət bildirməyib. "Deportiva" klubunun idman direktoru Ernesto Bello isə Semihlə anlaşacaqları təqdirdə, futbolçu ilə 3,5 illik müqavilə imzalayacağını vurğulayıb. Bununla yanaşı, futbolçunun hər ilinə 1 milyon 250 min avro məbləğində pul alacağı söylənilir. Qeyd edək ki, bu mövsümün sonunda "Fənərbaxça" klubu ilə müqavilə müddəti başa çatan 27 yaşlı futbolçunun hansı qərarı verəcəyi böyük maraq doğurur.

Daha çox


Son xəbərlər