Kreyq Bellami yenə tutuldu

Kreyq Bellami yenə tutuldu
XƏBƏR 13 Yanvar 2011 / 15:23 1969
-  A +

İngiltərənin "Mançester Siti" klubuna məxsus olub hazırda isə "Kardiff Siti"də icarə əsasında çıxış edən Kreyq Bellami yenidən şübhəli şəxs qismində saxlanılıb. Qol.Az-ın məlumatına görə, 31 yaşlı futbolçunun iki nəfəri döydüyü iddia edilir. Uels millisinin futbolçusu Bellaminin 20 və 26 yaşlı iki nəfərlə maşın yarışı barədə zarfatlaşdığı, daha sonra isə həmin şəxslərlə dalaşdığı bildirilir. Klubun rəsmi internet saytından isə bununla bağlı "həmin hadisəni polis idarəsinin işçiləri araşdırdığına görə, bizim nəsə deməyimizə ehtiyac yoxdur" - açıqlaması verilib.

Daha çox


Son xəbərlər