AZAL-ın baxışa çağırdığı futbolçular müəyyənləşdi

AZAL-ın baxışa çağırdığı futbolçular müəyyənləşdi
XƏBƏR 13 Yanvar 2011 / 14:58 1802
-  A +

Transfer fəaliyyətini davam etdirən AZAL-da baxışa cağrılacaq futbolçuların bəzilərinin adları müəyyənləşib. Qol.Az-ın məlumatına görə, 18 yanvar - 01 fevral aralığında Antalyada təlim-məşq toplanışı keçirəcək komandada bir çox əcnəbi oyunçular baxışa cəlb olunacaqlar. Bunlar bosniyalı Veldin Muharemovic, alban Kaciu Bardhyl, kolumbilaylı Edvin Maurisio Calar, latviyalı Ritus Krjauklis, bolqar Enyo Krastovcevdir. Bundan başqa, dəvət olunanlar arasında braziliyalı Reinaldo Jose Zacaris və belarusiyalılar - Gennadi Bliznyuk və Vitali Panasyuk da var. Qeyd edək ki, tərtib olunan siyahıda makedoniyalı Ostoja Stepanovicin də adı var idi. Amma özünə klub tapan Stepanovic AZAL-a gəlməkdən imtina edib.

Daha çox


Son xəbərlər