Arda Turan: "Serialdan əl çəksən, sənə qazandığının 3 qatını verərəm"

Arda Turan: "Serialdan əl çəksən, sənə qazandığının 3 qatını verərəm"
XƏBƏR 13 Yanvar 2011 / 14:32 2475
-  A +

Türkiyə millisinin və "Qalatasaray"ın aparıcı futbolçusu olan Arda Turan sevgilisi Sinəm Kobaldan şikayətlənib. Qol.Az-ın məlumatına görə, Türkiyənin məşhur kino ulduzu Sinəmlə iki ildir sevgili olan Arda onunla çox gec-gec görüşməsinə kəskin etirazını bildirib. Buna səbəb isə Sinəmin "Küçük Sırlar" adlı seriala çəkilməsidir. Sinəmi görmək üçün tez-tez filmin çəkildiyi məkana getməli olan Arda sevgilisinə "sən serialdan əl çək, mən sənə qazandığının 3 qatını verərəm"- deyə müraciət edib. Sevgilisi Sinəm isə bunun qarşılığında "mən bir aktrisayam və öz işimi çox sevirəm. Buna görə də, işimdən ayrılmağım isə qeri-mümkündür"- deyə cavab verib.

Daha çox


Son xəbərlər