"Xəzər Lənkəran"a getməyi düşünmürəm"

"Xəzər Lənkəran"a getməyi düşünmürəm"
XƏBƏR 13 Yanvar 2011 / 12:01 2838
-  A +

"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednikin maraq dairəsinə düşən Rumıniyanın "Panduri" klubunun braziliyalı müdafiəçisi Aleksandr Kardozo hələlik heç yerə getmək istəmədiyini bildirib. Qol.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu Lənkərana getməyi düşünmədiyini dilə gətirib: "Xəzər Lənkəran" klubunun mənimlə maraqlandığını bilirəm. Lakin mən öz klubumdan razıyam və Lənkərana getmək fikrində deyiləm. Əlbəttə, Rednikin məni öz komandasında görmək istəməsi sevindirici haldır. Bununla belə, İngiltərənin "Nyukasl" klubuna məxsus olduğum üçün getməli olsam, yalnız bu komandaya qayıdaram. Əgər baş məşqçi mənə dəvət göndərərsə, məmnuniyyətlə "Nyukasl"a qayıdaraq orada var gücümlə çıxış edərəm".

Daha çox


Son xəbərlər