Yozef Blatter: "La Liqa Premyer Liqadan daha yaxşıdır"

Yozef Blatter: "La Liqa Premyer Liqadan daha yaxşıdır"
XƏBƏR 13 Yanvar 2011 / 11:14 1870
-  A +

FİFA prezidenti Yozef Blatter İspaniya La Liqasını İngiltərə Premyer Liqasından üstün hesab edir. Qol.Az-ın məlumatına görə, Blatter dünyanın ən yaxşı milli çempionatının La Liqa olduğunu bildirib: "La Liqa dünyanın bir nömrəsi olmalıdır. Çünki İspaniya milli komandasının ilk 11-liyinə nəzər yetirdikdə, bu futbolçuların əksəriyyətinin öz ölkəsində oynadıqlarını görürük. Bununla belə, Premyer Liqa da maraqlı çempionatdır. Orada çox səviyyəli futbolçular çıxış edir. Lakin FİFA-nın təsis etdiyi ilin ilk 11-liyində Premyer Liqadan heç bir futbolçunun olmaması bu çempionata olan münasibəti bir qədər dəyişir. Qeyd edək ki, FİFA-nın təsis etdiyi ilin 11-liyində "Real"dan (Madrid) 2, "Barselona"dan 6, "İnter"dən isə 3 futbolçunun adı var.

Daha çox


Son xəbərlər