Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın "Anji" klubunun növbəti iki təlim-məşq toplantısının tarixi açıqlanıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırda Mahaçqala təmsilçisinin bazasında keçirilən hazırlıq prosesi yanvarın 17-dək davam edəcək.
Bundan sonra futbolçulara yanvarın 20-dək istirahət veriləcək. Ertəsi gün komanda Türkiyənin Antalya şəhərinə yollanacaq. "Papillon Zeugma" otelində qalacaq "Anji" 6 yoldaşlıq matçı keçirəcək. Baş məşqçi Hacı Hacıyevin komandası yanvarın 23-də "Poloniya" (Polşa), yanvarın 27-də "Metallurq" (Donetsk, Ukrayna), fevralın 3-də "Zeta" (Çernoqoriya), fevralın 5-də isə "Dyor" (Macarıstan) ilə üz-üzə gələcək. Yanvarın 28-də və fevralın 1-də keçiriləcək görüşlər üçün rəqib hələ müəyyənləşməyib. Toplanış fevralın 5-də yekunlaşacaq.
"Anji"nin ikinci hazırlıq prosesi də Türkiyədə keçiriləcək və fevralın 11-dən 23-dək davam edəcək. Bu müddətdə komanda fevralın 13-də, 17-də, 21-də və 23-də olmaqla 4 görüşə çıxacaq.
Qeyd edək ki, yanvarın 21-də start götürəcək təlim-məşq toplantısında daha bir həmyerlimiz Vaqif Sadıqov da iştirak edəcək. Sadıqov həmin gün "Anji"nin böyük məşqçisi kimi komandaya təqdim olunacaq.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil