"Fənərbaxça" klubunun koordinatoru Şenol Çorlu "Neftçi"nin rəsmi saytına fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, "Fənərbaxça" rəsmisi Amit haqda xoş sözlər deyib: "Biz uzun müddətdir ki, Amit Quluzadənin "Neftçi"də və milli komandadakı çıxışlarını yaxından izləyirdik. Qeyd etməliyəm ki, o, komandanın məşqçilər korpusunun rəğbətini qazanıb. Məhz onların rəyinə əsasən Amit Quluzadənin transferi üçün "Neftçi" rəhbərliyi ilə danışıqlara başlamağa qərar verdik. Biz klub olaraq dünyanın bir çox ölkəsində belə istedadlı futbolçuları tapıb, aşkara çıxarırıq. Azərbaycan bizə doğma ölkədir, onun keçidi sizin ölkə futbolunuza böyük təkan verəcək. Amit Quluzadənin burada adaptasiya problemi yaşayacağına inanmıram. Təbii ki, bizim əsas hədəfimiz belə gənc futbolçuları komandamıza qazandırmaqdır. Amitin istedadına çox inanırıq. Gələcəkdə onun "sarı-lacivərt"li forma ilə böyük uğurlara imza atacağına şübhə etmirik".
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil