“Bakı” futbol klubunun uşaq futbolu üzrə baş koordinatoru Yüksəl Kepoğlu klubun rəsmi saytına 2010-cu ilin ilin yekunları və yeni il planları ilə bağlı müsahibə verib. Qol.Az-ın məlumatına görə, türkiyəli mütəxəssis 2011-ci il üçün uşaq futbolu sahəsində planlaşdırılan layihələr barədə ətraflı danışıb.
2010-cu geridə qaldı. Ötən il uşaq futbolumuzda hansı hadisələrlə yadda qaldı?
Ondan başlayaq ki, məqsədimiz yeni nəsil futbolçular yetişdirmək, milli komandaya daha çox futbolçu verməkdir. Ötən il əsas vəzifələrimizdən biri komandalarda komplektləşdirməni yekunlaşdırmaq və növbəti il üçün heyət formalaşdırmaq idi. Ona görə də yaya qədər olan yarışlarda bizim üçün nəticə önəm kəsb etmirdi. 2010/11 mövsümünə başlayarkən bir sıra dəyişikliklərə əl atdıq. İlk olaraq Türkiyədən bir neçə yeni məşqçi dəvət etdik. Əvvəlcədən onu bildirim ki, onların işindən razıyam.
Ötən il komandalarımızda dəyişikliklər etdik. 40-a qədər futbolçu ilə yollarımız ayrıldı. Onların yerinə seçim əsasında yeni uşaqlar götürdük.
Seçimlər hansı prinsiplər əsaslnda keçirildi?
Avqust ayında klubun bazasında geniş seçim təşkil etdik. 15 gün ərzində 9 yaş qrupu üzrə komandalara namizəd 250-yə qədər futbolçu baxışa gəlmişdi. Sonda onlardan yalnız 40 nəfəri “Bakı” forması geymək hüququ qazandı. Hər bir uşağa ən azı 4-5 məşqdə nəzər yetirdik. Heç bir uşağ barədə ilk dəfədən qərar vermədik. Bəzi uşaqlara isə 7 hətta 8 məşq şans verib, fikir bildirdik.
Yeni gələn uşaqların çempionatdakı çıxışı sizi qane edir?
Bəziləri istisna olmaqla, bəli. Son altı ayda əvəzedici və 1994-cü illərdən ibarət komandaların çıxışını xüsusilə qeyd edərdim. 1995-ci illərdən təşkil edilən komandalarımız AFFA U-17 liqasında oynayır. 16 yaşlılar arasında çempionat keçirilmədiyi üçün onlar özlərindən bir yaş böyüklər arasında çıxış etsə də, onlardan razı qaldım.
16 yaşlı futbolçulardan ibarət milli komandanın olduğu halda onlar arasında çempionatın təşkil olunmaması nə dərəcədə doğrudur? Bu sual məni də düşündürür. Bu çox məntiqsiz və gülməlidir. Bu işləri görənlərə buradan səslənərək, qeyd olunan amillərin nəzərə alınmasını xahiş edirəm.
2011-ci ildə uşaq və yeniyetmələrdən ibarət komandalarımız hansı turnirlərdə çıxış edəcək?
Bu ayın sonunda 1996 və 1999-cu il təvəllüdlülər Türkiyənin İzmir şəhərinə təlim-məşq toplanışına yollamaq niyyətimiz var. Burada yerli klublarla yoldaşlıq oyunları keçirib, komandalarımızın nəyə qadir olduğunu görmək maraqlı olardı. Beynəlxalq oyunlar uşaqların təcrübə qazanmaları baxımından da çox önəmlidir. Fevralda Latviyada 1997-ci il təvəllüdlülər arasında “Riga cup” adlı beynəlıxalq turnirdə iştirak etmək fikrimizin olduğunu da qeyd edə bilərəm.
“Bakı” futbol klubunu uşaq futbol Akademiyası bu yaxınlarda fəaliyyətə başlayacaq. Bundan sonra aşağı yaş qruplarında hansı dəyişikliklər baş verə bilər?
Məndə olan məlumata görə, fevral ayında Akademiya klubun sərəncamına veriləcək. Bundan sonra burada nəzəri məşqələlərin təşkili, futbolçuların təhsili və maariflənməsi ilə bağlı növbəti hədəfimizə çatmış olacağıq.
Bunun təkcə “Bakı” üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün mühim bir hadisə olacağı qənaətindəyəm. Əminəm ki, “Bakı” futbol klubu düzgün yoldadır.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı