Amit Quluzadə: "Fənərbaxça"nın əsas futbolçularından biri olmaq istəyirəm"

Amit Quluzadə: "Fənərbaxça"nın əsas futbolçularından biri olmaq istəyirəm"
XƏBƏR 12 Yanvar 2011 / 17:43 1929
-  A +

"Fənərbaxça"ya keçidi gündəmdə olan "Neftçi"nin gənc yarımmüdafiəçisi bu haqda fikirlərini rəsmi klubun saytına bildirib. Qol.Az-ın məlumatına görə, gənc yarımmüdafiəçi bu haqda belə danışıb: "Bildiyiniz kimi, bir müddət öncə mən İstanbul klubunun düşərgəsinə yollanmışdım. Hər iki klubun rəsmiləri arasında keçirilən danışıqlardan sonra onların fikirlərində nə qədər ciddi olduğunu gördüm. Zədəli olduğum üçün hələlik İstanbul klubunun əvəzedici heyəti ilə məşqlərə qoşulacağam. Orada özümü sübut edib, "Fənərbaxça"nın əsas futbolçularından biri olmaq istəyirəm. Mənim bu günlərə gəlib çatmağımda əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Legioner həyatı yaşamaq mənim ən böyük arzum olub. Təbii ki, nə vaxtsa tanınmış bir klubun şərəfini qoruyacağıma ürəkdən inanırdım. "Fənərbaxça"nın heyətində uğurla çıxış edəcəyim təqdirdə, digər futbolçularımıza da maraq artacaq. Mən bütün bunları çox gözəl dərk edirəm. Türkiyədə Azərbaycan futbolunu layiqincə təmsil edəcəyəm".

Daha çox


Son xəbərlər