Amit Quluzadə bu gün "Fənərbaxça"nın düşərgəsinə yollanır

Amit Quluzadə bu gün "Fənərbaxça"nın düşərgəsinə yollanır
XƏBƏR 12 Yanvar 2011 / 17:35 1943
-  A +

Türkiyənin "Fənərbaxça" klubunun nümayəndələri gənc yarımmüdafiəçi Amit Quluzadənin transferi ilə bağlı bu gün Antalya şəhərinə gələrək, "Neftçi" PFK-nın rəsmiləri ilə görüşüblər. Qol.Az-ın məlumatına görə, bu görüş hər iki klub arasında aparılan danışıqlar nəticəsində əvvəlcədən planlaşdırılıb. Görüşdə "Fənərbaxça" klubunun koordinatorları – Şenol Çorlu və Serdar Akın yarımmüdafiəçi Amit Quluzadənin transferində israrlı olduqlarını vurğulayıblar. "Neftçi" PFK-nın vitse-prezidenti Tahir Süleymanov dünyanın tanınmış komandaları ilə əməkdaşlıq etməyi, gənc futbolçularımızın xarici ölkə çempionatlarında oynamasını klubumuzun əsas strategiyalarından biri olduğunu bildirib. "Neftçi" klubunda gənc və perspektivli futbolçulara hər zaman şans verildiyini diqqətə çatdırıb. Bu məsələlərə də həmişə önəm verdiklərini söyləyən "Fənərbaxça" klubunun nümayəndələri gələcəkdə digər perspektivli futbolçuların da İstanbula dəvət olunması və digər önəmli məsələlərlə bağlı "Neftçi"yə ikitərəfli əməkdaşlıq təklif ediblər. Görüşdə "Neftçi" və "Fənərbaxça" klubları arasında ikitərəfli əməkdaşlıq barədə saziş imzalanması üçün qərar qəbul olunub.
Qeyd edək ki, Amit Quluzadə "Fənərbaxça" klubunun nümayəndələri ilə birlikdə yanvarın 12-də yerli vaxtla saat 18:00-da Antalya-İstanbul təyyarə reysi ilə Türkiyənin ən böyük şəhərinə yollanacaq. Amit Quluzadə "Fənərbaxça"nın düşərgəsində zədəsini müalicə etdikdən sonra məşqlərə qatılacaq. Yaxın günlərdə futbolçunun "Fənərbaxça"ya keçidi ilə bağlı rəsmi müqavilə də imzalanacaq.

Daha çox


Son xəbərlər