Ronaldinyo: "Sevgilim deyil, klub prezidentidir" (FOTO)

Ronaldinyo: "Sevgilim deyil, klub prezidentidir" (FOTO)
XƏBƏR 12 Yanvar 2011 / 16:17 2324
-  A +

İtaliyanın "Milan" klubundan ayrılaraq yenidən ölkəsinə Braziliyaya üz tutan Ronaldinyo yeni klubu "Flamenqo" ilə 3,5 illik müqavilə imzalayıb. Qol.Az-ın məlumatına görə, çıxış etdiyi klubda hər ayına 770 min avro maaş alacaq Ronaldinyonun imzalama mərasimindən sonra klub prezidenti Patrisiya Amorimlə şəkil çəkdirməsi dünya mediyasının marağına səbəb olub. Belə ki, bu şəkil dünya mətbuatında sevgililər kimi təqdim edilib. Lakin buna öz münasibətini bildirən Ronaldinyo, "bu qız sevgilim yox, klub prezidentidir"- deyə cavab verib. Yenidən Braziliyaya qayıtmağın sevincini yaşayan Ronaldinyo "yeni klubunda var gücü ilə çalışacağını" vurğulayıb.

Daha çox


Son xəbərlər