"Qarabağ"ın futbolçuları məşqçisindən "intiqam" aldı

"Qarabağ"ın futbolçuları məşqçisindən "intiqam" aldı
XƏBƏR 12 Yanvar 2011 / 15:46 2160
-  A +

Ağdamın "Qarabağ" klubu Antalyada hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, bu gün komandanın planında olan 2 məşqdən biri artıq arxada qalıb. Günün ilk məşqi ənənəvi olaraq saat 10:30-da baş tutub. İlk məşqin planında isə futbolçuların ümumi hazırlığını ölçəcək testin yerinə yetirilməsi vardı.

Buna qədər isə komanda yüngül qaçış və müəyyən isidici hərkətləri yerinə yetiriblər. Ardınca isə 2 qrupa bölünən futbolçular testi yerinə yetirməyə başlayıblar. Müəyyənləşdirilmiş 200 metrlik məsafədə futbolçular müəyyən edilmiş məsafəyə siqnala qədər çatmalı və tempi davam etdirməli idilər. Eyni zamanda nəbzlərinə də nəzarət edilməsi vacib idi. Bir qrup test yerinə yetirərkən digər qrup futbolçu isə "kvadrat" oynamaqla testə hazırlaşıb.

Beləliklə, 2 qrupunu götürdükdə hər qrupda ən çox qaçan Samir Abasov və Rəşad Sadiqov olub.

Testdən sonra məşq davam edib. Bu dəfə futbolçular müəyyənləşdirilmiş tempdə daha 15 dəqiqə qaçıblar. Futbolçular məşq bitən kimi fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarovdan "intiqam"larını özünəməxsus şəkildə alıblar. Onlar cəm halında Çakarova hücum edərək onu yerə yıxıblar. Bu hərəkət hər kəsin gülüşünə səbəb olub. Beləcə, ilk məşq  nikbin halda başa çatıb.

Daha çox


Son xəbərlər