Simao "Xəzər Lənkəran"da

Simao "Xəzər Lənkəran"da
XƏBƏR 12 Yanvar 2011 / 15:23 2718
-  A +

Antalyadakı təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” klubu bu gün səhər məşqində fiziki çalışmalarla yanaşı qısaldılmış meydanda futbol oynayıb. Qol.Az-ın məlumatına görə, futbolçuların mübarizə əzmi, istək ve əhval-ruhiyyəsi məşqçilər korpusunu da razı salıb.
Bu gün düşərgəyə yeni bir futbolçu təşrif buyurub ki, bu Portuqaliyalı Simao Brunodur. 25 yaşlı futbolçu müdafiənin və yarımmüdafiənin sol cinahında oynaya biləcək gücdə olan futbolçudur. Futbolçunun son çıxış etdiyi klub Rumıniyanın “Astra Ploesti” klubu olub.

Daha çox


Son xəbərlər