Antalyada təlim-məşq toplanışında "Neftçi"nin düşərgəsində olan müdafiəçi Ruslan Əmircanov klubun rəsmi saytına öz fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, futbolçu komandası haqda bunları deyib: "Mən qış fasiləsində transferə çıxarılmışdım. Baş məşqçimiz Arif Əsədov yığmaya namizəd futbolçulardan biri olduğum üçün, daha çox oynaya biləcəyim komandaya keçməyimi istəyirdi. Ancaq mən klub rəhbərliyi və baş məşqçi ilə söhbət edib, onlardan mənə bir daha şans vermələrini xahiş etdim. Sağ olsunlar, məni anlayışla qarşıladılar, etimad göstərib klubda saxladılar. İnanın, özümü "Neftçi"dən başqa heç yerdə təsəvvür edə bilmirəm. Sanki uzun illərdir bu komandanın şərəfini qoruyuram. İkiqat əzmlə məşq edib, əsas heyətdə meydana çıxmaq üçün çalışacağam. Flaqmanın heyətində yüksək səviyyədə rəqabət var. Baş məşqçimiz məşqdə ən yaxşı tərəfdən özünü göstərənlərə hər zaman şans verir. Çalışıb, onun etimadını doğruldacağam".
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı