Bakının “İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi internet saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını və oradakı sonuncu yoxlama oyunlarını dəyərləndirib.
- Bu gün komanda “Birlik kuboku” turnirinə hazırlığını başa çatdırdı. Hazırlıq prosesi barədə nə deyə bilərsiz?
- Prinsipcə biz “Birlik kuboku”na hazırlaşırdıq. Hazırlığımız intensiv şəkildə keçdi. Komanda, demək olar ki, 8 gün istirahət etdikdən sonra ilk olaraq intensiv məşqlərə və yoldaşlıq oyunlarına başladı. Qeyd etmək istəyirəm ki, təlim-məşq prosesində bütün futbolçular verilən eyni tapşırıqları və eyni yükləmələri yerinə yetirdilər. İntensiv məşq fonunda komanda 4 yoldaşlıq matçı keçirdi və oyunlarda göstərilən fiziki hazırlıq və topla davranış səviyyəsi, o cümlədən sürətli ötürmələrdə irəliləyiş bizi sevindirməyə bilməz. Məsələn, son yoldaşlıq oyununda çox güclü rəqib olan “Karabükspor” hazırlıq prosesini başa vurmuş və çempionata hazır komanda idi. Sevindirici haldır ki, “İnter” belə hazır komandaya qarşı 90 dəqiqə ərzində layiqli mübarizə apardı və sürətli ötürmələrlə əla kombinasiya quraraq, hesabda irəli çıxmağı bacardı. Eyni sözləri Türkiyənin digər güclü komandası olan “Manisaspor”la oyun barədə də demək olar. Bir sözlə, hazırlıq prosesindən razı qaldım.
Amma məni o məyus etdi ki, biz komandaya əlavə oyunçular cəlb edə bilmədik. Mən artıq üç aydır bu məsələyə toxunuram və deyirəm ki, komanda əlavə futbolçularla gücləndirilməlidir. Bu istiqamətdə klub işləməlidir. Ümumilikdə komandanın ümumi hazırlıq prosesindən razı qaldım. Ən əsası turnirdə qalib gəlməyimizdir.
- Bu gün komandamız iki yoldaşlıq oyunu keçirdi. Albaniya komandasına qarşı meydana əsasən gənc futbolçuları buraxmışdınız...
- Bəli, bu, düşünülmüş addım idi. İstədik ki, bütün futbolçular bərabər səviyyədə 90 dəqiqə əvəzlənmədən meydanda oynasınlar. Bir də ki, bu gün (yanvarın 11-də) biz iki yoldaşlıq oyunu keçirməliydik. Buna görə də, Albaniya komandasına qarşı oyuna meydana iki-üç təcrübəli futbolçu çıxarmışdıq. Bununla belə, qeyd etmək istəyirəm ki, “Besa” ilə qarşılaşmada gənc futbolçular 72 dəqiqə ərzində özlərini yaxşı tərəfdən göstərdilər. Hətta hesabı artırmaq üçün yaxşı imkanlar da yaratdılar. Lakin son dəqiqələrdə buraxılan səhvlər nəticəsində rəqib komanda hesabda irəli çıxa bildi. Burada ciddi yükləmələrin də rol oynadığını nəzərə almaq lazımdır. Amma ümumilikdə gənc futbolçuların çıxışından razı qaldım.
- “Karabükspor”la keçirilən oyun barədə nə deyə bilərsiniz?
-“Karabükspor” çox güclü komandadır və bu komandaya qarşı futbolçularımız əla çıxış etdilər. Yeri gəlmişkən, “Karabükspor”un hücumçusu Emmanuel Emenikenin transfer qiyməti 10 milyon avrodur və komandasının bombardiridir. Belə bir güclü futbolçuya qarşı müdafiəçilərimiz çox yaxşı oynadılar. Güclü komanda ilə oynamaq oyun praktikasının artırılması, o cümlədən nəticədən asılı olmayaraq komandanın zəif və güclü tərəflərini müəyyənləşdirmək baxımından çox əhəmiyyətlidir. Biz buna həmişə can atırıq. Bir də təkrarlamaq istəyirəm, yorğunluğun fonunda belə bir güclü komandanı məğlub etmək bizi sevindirməyə bilməz.
Əlbəttə ki, belə gözəl meydançalar yüksək futbol sərgiləməyə imkan verir. Azərbaycanda futbola aidiyyatı olan bütün qurumlar bu məsələni həll etməyə çalışmalıdır. Futbolumuzun səviyyəsini yüksəltmək istəyiriksə, gözəl meydançalara sahib olmalıyıq.
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir