Avropanın futbol klublarının yarıdan çoxu, daha dəqiqi, 56 faizi itki ilə işləyir. Onların ümumi təmiz itkiləri isə 2010-cu ildə rekord həddə - 1,2 milyard avro olub. Qol.Az-ın məlumatına görə, bu haqda UEFA-nın hesabatında bildirilir.
Futbol məmurları Avropanın bütün ölkələrinin elit divizionlarından 655 klubu yoxlayıblar. Audit Avropa klublarının gəlirinin 4,8 faiz, yəni, 11,7 milyard avro artdığını göstərib. Lakin eyni zamanda xərclər 9,3 faiz və ya 12,9 milyard avro yüksəlib.
UEFA-nın yeni qaydalarına əsasən, futbol klubları kəsirsiz büdcəyə malik olmalıdırlar. Qərar 2012-ci ildən qüvvəyə minəcək. İlk sanksiyalar isə 2-3 ildən sonra tətbiq olunmağa başlayacaq. Əgər bu qanunlar indidən işləməyə başlasaydı, Çempionlar Liqasından 11 klub kənarlaşdırılardı.
Daha çox borca "batanlar" İngiltərə və İspaniyanın aparıcı klublarıdırlar. Almaniyada isə klublar büdcələrini uğurla balanslaşdırırlar. UEFA prezidenti Mişel Platini itki ilə fəaliyyət göstərən klublara barmaq silkələmək və ya onları "qara siyahı"ya salmaq niyyətində olmadığını bildirib.
Qeyd edək ki, yoxlamaların konkret hansı klublarda aparıldığı açıqlanmayıb.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı