"Neftçi" klubu komandanın düşərgəsinə yenicə qoşulan fiziki hazırlıq üzrə məşqçi Mehmet Akla yaxın günlərdə müqavilə imzalayacaq. Qol.Az-ın məlumatına görə, bu barədə flaqmanın vitse-prezidenti Tahir Süleymanov klubun rəsmi saytına bildirib.
Süleymanov türkiyəli mütəxəssisin işinin baş məşqçi Arif Əsədovu qane etdiyini söyləyib: "Artıq iki gündür ki, türkiyəli mütəxəssis komandamızın düşərgəsindədir və məşqlərdə də yaxından iştirak edir. Mehmet Akın işi baş məşqçi Arif Əsədovu da qane edir. Fikrimcə, "Neftçi"nin gələcək uğurlarında Mehmet Akın əməyi olacaq. Onunla müzakirələr aparmışıq və yaxın günlərdə müqavilə imzalanacaq".
Klub rəsmisi "Neftçi"nin Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplantısı barədə də danışıb. Onun sözlərinə görə, prezident Sadıq Sadıqovun tapşırığı ilə flaqmanın Antalyada yüksək səviyyədə hazırlıq keçməsi üçün hər cür şərait yaradılıb: "Toplanış iki mərhələdən ibarət olacaq. İlk mərhələdə əsasən fiziki hazırlıq proseslərinə diqqət yetiriləcək və 1 yoxlama görüşü keçirəcəyik. Yanvarın 19-da Rusiyanın "Rubin" klubu ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırmışıq. Yanvarın 24-dən Antalyada davam edəcək ikinci hazırlıq prosesində 4 görüşün keçirilməsini nəzərdə tutmuşuq. Əsas məqsədimiz çempionatın qalan hissəsinə yüksək səviyyədə hazırlaşaraq, bu mövsüm "Neftçi"sevərlərə çempionluq sevinci yaşatmaqdır".
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı