"İnter" həm uduzdu, həm uddu

XƏBƏR 11 Yanvar 2011 / 23:13 1853
-  A +

Yanvarın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək "Birlik Kuboku"na Antalyada hazırlaşan Bakının "İnter" klubu bu gün iki yoldaşlıq görüşü keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "İnter" əvvəlcə Albaniyanın "Besa" komandası ilə üz-üzə gəlib. 

Oyun komandamızın məğlubiyyəti ilə nəticələnib. "Bankirlər"in qollarını Baçana Tsxadadze ilə Daniel Genov vurub. 

Günün ikinci yarısında isə "İnter" Türkiyə Superliqasında mübarizə aparan "Karabükspor"la qarşılaşıb. Bu dəfə ikiqat Azərbaycan çempionu üstün olub - 1:0. Yeganə qola Bronislav Çervenka imza atıb.  

Daha çox


Son xəbərlər