"Xəzər Lənkəran" yeni legionerləri ilə ilk məşqinə çıxdı

XƏBƏR 11 Yanvar 2011 / 17:43 2450
-  A +

Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubu bu gün ilk məşqinə səhər yerli vaxtla 09:30-da yerləşdiyi “Qloriya” otelinin meydançasına çıxıb. Qol.Az-ın məlumatına görə, klubun 1 saatlıq məşqdə 17 futbolçu iştirak edib, onların arasında dünən axşam komandaya qoşulan 4 yeni futbolçu Adrian Skarlatake (“Dinamo” - Rumıniya), Mureşan Andrey (“Gloriya” - Rumıniya), Bujor Vlad (“Mersin Idman Yurdu” – Türkiyə) və Musat Nikolau (“Uniriea” - Rumıniya) də var idilər. Komandamız axşam daha bir məşqə çıxacaq. Heyətdə yalnız Alim Qurbanovun yüngül zədəsi var. Legionerlərdən isə Uinston Parks hələlik vətənindən dönməyib, Dieqo Qusmaoda Istanbul klinikalarından birində bərpa kursu keçir.
Sabah komandaya daha üç futbolçunun qoşulmasi ehtimalı var ki, bunlardan ikisi cinah yarımmudafiəçisi, biri də hücumçu ampulasında olan oyunçulardır.

Daha çox


Son xəbərlər