İspanlar Blatteri "düşmən" adlandırdı

İspanlar Blatteri "düşmən" adlandırdı
XƏBƏR 11 Yanvar 2011 / 16:26 1804
-  A +

FİFA-nın dünən İsveçrənin Sürix şəhərində keçirilən mərasimində 2010-cu ilin ən yaxşılarını mükafatlandırması ispanların etirazına səbəb olub. Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatı bu mükafatlandırma mərasimindən sonra FİFA-nın prezidenti Yozef Blatteri "İspaniya düşməni" adlandırıb. Buna səbəb isə son mundialın qalibi olan həmyerliləri Xavi, İniyesta və baş məşqçi Del Boskenin bu mükafatlardan kənar qalması olub. İspaniya mətbuatının yazdığına görə, "FİFA-nın prezidenti Yozef Blatter bir ayda iki dəfə ispan futboluna ağır zərbə vurub. O, ilk olaraq İspaniyanı 2018-ci il mundialına ev sahibliyi etməkdən məhrum etdi. Daha sonra isə Xavi, İniyesta və Del Boskeni mükafatsız qoymaqla futbolumuza növbəti zərbəsini vurdu. Belə görünür ki, FİFA rəhbərliyi dünya çempionluğunu uğur saymır. Belə olmasaydı, "Qızıl Top" mükafatı Messiyə verilməzdi"- deyə İspaniya mətbuatında qeyd olunub.    

Daha çox


Son xəbərlər