Arif Əsədov: "Bir sıra komandalar yoxlama oyunu üçün bizə müraciət edir"

Arif Əsədov: "Bir sıra komandalar yoxlama oyunu üçün bizə müraciət edir"
XƏBƏR 11 Yanvar 2011 / 15:07 1813
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi"nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına hazırlıq haqda fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, gənc mütəxəsis komandanın hazırlıq planı haqda bunları deyib: "Qış fasiləsindən ən yaxşı şəkildə yararlanmaq fikrindəyik. Artıq Antalyada hazırlıqlara başlamışıq. Zədəli olan Flavinyo da komandaya qoşulub. Hələ ki o yalnız yüngül qaçışla kifayətlənir. Həkimlərimizin müayinəsindən sonra braziliyalı futbolçunun nə vaxt topla çalışmalara keçə biləcəyini müəyyən edəcəyik. Təlim-məşq toplanışına əvəzedici heyətin iki üzvünü - Əyyub Əliyev və Elton Yaqublunu cəlb etmişik. Paulius Qribauskas isə əməliyyatdan sonra müəlicəsini vətənində davam etdirir. Ümid edirəm ki, o, Antalyada keçirəcəyimiz hazırlığın ikinci mərhələsinə qatıla biləcək. Biz burada Premyer Liqanın növbəti oyunlarına ən yaxşı formada hazırlaşıb, liderliyimizi davam etdirmək istəyirik. "Neftçi"nin lider olmasında klubun prezidentindən tutmuş sıravi işçisinə qədər hər kəsin əməyi var. Biz də məşqçilər korpusu olaraq, bizə göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Flaqmana Türkiyədə böyük maraq var. Bir çox komandalar hazırlıq oyunu keçirmək üçün bizə müraciət edir. Hazırda bütün gücümüzü koordinasiya və fiziki hazırlığın yüksəldilməsinə yönəltmişik".

Daha çox


Son xəbərlər