AFFA iki oyunçunu cəzalandırdı

AFFA iki oyunçunu cəzalandırdı
XƏBƏR 11 Yanvar 2011 / 14:45 1573
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın məluamtına görə, İntizam Komitəsi çıxardığı qərarla iki futzalçını cəzalandırıb.
9 yanvar 2011-ci il tarixində futzal üzrə Azərbaycan I dəstəsinin “Azərneftyağ” – “Spartak” matçının 48-ci dəqiqəsində “Spartak” klubunun 14 nömrəli futzalçısı Rüfət Fərzəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 4 oyunluq cəzalanır.
9 yanvar 2011-ci il tarixində futzal üzrə Azərbaycan I dəstəsinin DST – PSL matçının 50-ci dəqiqəsində "PSL" klubunun 24 nömrəli futzalçısı Rüfət Quliyev nalayiq ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 3 oyunluq cəzalanır.

Daha çox


Son xəbərlər