Premyer Liqamız dünya reytinqində 86-cı oldu

Premyer Liqamız dünya reytinqində 86-cı oldu
XƏBƏR 11 Yanvar 2011 / 12:55 2195
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin ən güclü ölkə çempionatlarının reytinq siyahısını açıqlayıb. Qol.Az-ın məlumatına görə, 125 ölkədən ibarət bu siyahıda Azərbaycan Premyer Liqası 86-cı pillədə qərarlaşıb. Ümumilikdə isə, dünyanın ən güclü milli çempionatına İspaniya sahib çıxıb. 1092 xalla zirvəni ələ keçirən La Liqanı isə İngiltərə Premyer Liqası və İtaliya A seriyası izləyir.
 
Ən güclü milli çempionatların ilk 10-luğu isə belədir:
1. İspaniya 1092,0
2. İngiltərə 1039,0
3. İtaliya 1021,0
4. Braziliya 982,0
5. Almaniya 932,0
6. Fransa 884,0
7. Argentina 861,0
8. Portuqaliya 789,5
9. Hollandiya 787,5
10. Ukrayna 709,0

Daha çox


Son xəbərlər