Rəşad Sadıqovun komandası daha 4 futbolçusu ilə yollarını ayırdı

Rəşad Sadıqovun komandası daha 4 futbolçusu ilə yollarını ayırdı
XƏBƏR 11 Yanvar 2011 / 12:44 1920
-  A +

Həmyerlimiz Rəşad Sadıqovun da formasını geydiyi Türkiyənin "Eskişehirspor" klubu daha 4 futbolçusuyla yollarını ayırıb. Qol.Az-ın məlumatına görə, Superliqa təmsilçisi Luka Vuçko, Canər Celep və Bülənt Kocabəy ilə sözləşməsini qarşılıqlı olaraq ləğv edib.
 
2008-ci ildən "Eskişehirspor"da forma geyərək 4 qola imza atan Vuçko, ölkəsinə dönərək Xorvatiyanı "Rijeka" klubuyla müqavilə bağlayıb. Elə həmin ildə "Hacettepe"dən "Eskişehirspor"a transfer olunan sol cinah oyunçusu Bülənt Kocabeyin də Superliqanın digər təmsilçilərindən "Karabükspor"la anlaşdığı bildirilir. 2010-cu ildə "Dənizlispor"dan transfer olunan Caneər Celep isə Bank Asiya birinci liqa komandalarından "Qartalspor"la anlaşıb.
 
Qeyd edək ki, "Eskişehirspor"un bu mövsümün əvvəlində Sloveniyanın "Olimpija" (Luublyana) komandasından transfer etdiyi Agim İbraimini də yola saldığı iddia olunur.

Daha çox


Son xəbərlər