Stevan Bates yenidən "Bakı"ya qayıtdı

Stevan Bates yenidən "Bakı"ya qayıtdı
XƏBƏR 11 Yanvar 2011 / 10:42 2284
-  A +

2010-cu ilin yay fasiləsində Norveçin "Tromse" klubuna transfer olunan Stevan Bates 6 aylıq fasilədən sonra yenidən "Bakı"nın formasını geyəcək. Qol.Az-ın məlumatına görə, "Bakı" klubu bu günlərdə serbiyalı müdafiəçi ilə 2,5 illik müqavilə imzalayıb. "Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədov Batesin komandamıza qayıtmasının faydalı olacağına əmindir: "Stevan təcrübəli oyunçudur. Həm də Azərbaycan Premyer Liqasına yaxşı bələddir. İnanıram ki, onun qayıdışı müdafiə xəttimizin daha inamlı oynamasına zəmin yaradacaq".

Daha çox


Son xəbərlər